Analitika

Zəfər günün mübarək Azərbaycan!

Ermənilərin Azərbaycana qarşı torpaq iddiaları məhz Qərbi Azərbaycandan başlayıb. 1828-ci il Türkmənçay müqaviləsindən az sonra çar Rusiyasının əli ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” deyilən qondarma bir qurum yaratmağa nail oldular və İrandan, Osmanlıdan kütləvi şəkildə köçüb bu ərazilərdə məskunlaşdılar. Sonra da bütün XIX yüzil boyu bu coğrafiyada azərbaycanlıların etnik təmizlənməsini həyata keçirdilər. Azərbaycanın tarixi torpaqlarında ayaqlarına yer etdikdən sonra – XX yüzilin əvvəllərindən etibarən isə onlara qucaq açan, yurd verən, çörəyini yedikləri azərbaycanlılara qarşı soyqırımı və deportasiyalar həyata keçirdilər”

Sоvet hаkimiyyəti illərində SSRİ rəhbərlərinin birtərəfli siyаsət yeritməsi, xаlqımızа qаrşı düzgün mövqe tutmаmаsının nəticəsi idi ki, biz bu faciələr bаrədə vаxtındа və оbyektiv söz demək imkаnınа mаlik оlmаmışıq. Əksinə, ermənilərin daim açıq-gizli müdаfiə оlunmаsı, bir sırа hаllаrdа оnlаrа qаrşı müsbət meyillər gələcək bəlаlаrımızın əsаsı оlmuşdur. Yalnız 1991-ci ildən Аzərbаycаn dövlət müstəqilliyini bərpа etdikdən sоnrа tаriximizə, milli tаleyimizə və keçmişimizə оbyektiv yаnаşmаq imkаnlаrı yаrаnmışdır. Təsаdüfi deyildir ki, xаlqımızın qаrşılаşdığı bu fаciələrə, əvvəllər göstərilmiş elmi-ideоlоji münаsibətə nаrаzılığını bildirən Аzərbаycаn Respublikаsının Prezidenti Heydər Əliyev respublikа Elmlər Аkаdemiyаsının üzvləri ilə görüşündə demişdir: “XX əsr xаlqımız üçün çоx müsibətlər əsri оlubdur. Gərək оnu dоğru-düzgün, nə cür, necə оlubdursа, elə də yаzаq. Bunlаrın hаmısı həm xаlqımızın özünü tаnımаsı, həm də bugünkü siyаsətimiz üçün lаzımdır

Heydər Əliyevin həyatı, fəaliyyəti Azərbaycan tarixinin şanlı və qızıl hərflərlə yazılmış səhifələri, bütöv bir epoxanın canlı salnaməsidir. Heydər Əliyev siyasətlə ağlın gücünü birləşdirərək mənsub olduğu xalqı qabaqcıl dövlətlər sırasına çıxardı. Məhz Heydər Əliyevin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi, eyni zamanda sarsılmaz Xalq-Heydər Əliyev həmrəyliyi sayəsində Azərbaycan xalqı qardaş qırğını və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.

Azərbaycan xalqı 30 ilə yaxındır bu əmri gözləyirdi, 30 ilə yaxındır ki, Qələbəni gözləyirdi. Və o əmr 2020-ci ilin sentyabrın 27- də gəldi. O əmrlə birgə Azərbaycan Ordusu əks hücum əməliyyatlına başladı. O əmr ki, bütün Azərbaycan xalqını bir yumruq altında birləşdirdi, bütün dünyaya xalqımızın birliyini, gücünü, yenilməzliyini bir daha sübut etdi.44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Beləliklə, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin hərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu

15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.

“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Zaxarova Sevinc,
Xəzər rayonu, R.M.Sadiqov adına 136 №li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button