Gündəm

Zəfər Günü – Azərbaycan xalqının dövlətinə, ordusuna və bayrağına olan sonsuz sevgisinin təcəssümüdür

8 Noyabr Azərbaycan tarixinin ən şanlı və qürurlu səhifələrindən biridir. Bu gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin – torpaqlarımızın azad edilməsinin rəmzidir. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü, Vətənimizin şərəf və qürur günüdür. Bu tarixi gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə əbədiləşdi.

Məhz 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu qəhrəmanlıq və rəşadət göstərərək Şuşa şəhərini azad etdi. Şuşanın azad olunması düşmən ordusunun tam məğlubiyyətini və Ermənistanın kapitulyasiyasını qaçılmaz etdi. Bu Qələbə ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımıza yenidən Azərbaycan bayrağı sancıldı, ədalət və tarixi haqq bərpa olundu.

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 Noyabr Zəfər Günü elan olundu. Bu gün Azərbaycan xalqının birliyinin, igid oğullarımızın qəhrəmanlığının, şəhidlərimizin əziz xatirəsinin və dövlətimizin gücünün simvoluna çevrilib. Otuz ilə yaxın işğal altında qalan doğma torpaqlarımız, xalqımızın ümidini heç vaxt itirmədiyi Qarabağ, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən azadlığa qovuşdu. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad olunması bu Qələbənin zirvəsi, Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Şuşanın azadlığı ilə düşmən ordusu tam məğlub edildi, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı.

Bu Qələbə təkcə hərbi uğur deyildi – bu, xalqın birliyi, dövlətin qüdrəti, şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı sayəsində qazanılmış tarixi ədalətin bərpası idi. Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, milli qürurunu və dövlət suverenliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 Noyabr Zəfər Günü elan olundu. Hər il bu tarixdə ölkəmizin bütün bölgələrində təntənəli mərasimlər, yürüşlər, paradlar keçirilir, şəhidlərin ruhu yad edilir, qəhrəman oğullarımıza minnətdarlıq ifadə olunur.

Zəfər Günü – Azərbaycan xalqının dövlətinə, ordusuna və bayrağına olan sonsuz sevgisinin təcəssümüdür. Bu gün biz bir daha əmin oluruq ki, birliyimiz və əzmkarlığımız olduğu müddətdə heç bir qüvvə Azərbaycanın qarşısını ala bilməz.Zəfər Günü hər il böyük təntənə ilə qeyd edilir. Paytaxt Bakıda və bütün bölgələrdə paradlar, tədbirlər, konsertlər və anım mərasimləri təşkil olunur. Xalqımız şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlıq bildirir.

Əlizadə Günel
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button