Zəfər çaldığımız Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşərək həmrəy oldu
Geridə qalan 2023 cü ilİl ölkəmiz üçün tarixi nailiyyətlər və zəfərlərlə yadda qaldı. Xüsusilə, aprel ayında Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrda isə antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam təmin olundu.
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu və bukimi tarixi məqamları xüsusi vurğuladı.
Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıldı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi: “Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.” Biz böyük qələbəmizi hələ 3 il əvvəl 44 günlük Vətən müharibəsində qazanmışdıq, lakin ölkə Prezidentinin də ifadə etdiyi kimi, “biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Bu mənada, məhz 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməklə əslində uzun illər davam edən ədalətsiz bir gedişata son qoymuş oldu. Bu müddət ərzində heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Ölkəmizin başçısı bunu müraciətində xüsusi vurğulayaraq dedi ki, “dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın”.Şanlı zəfərimizin “Heydər Əliyev İli”nə təsadüf etməsi hər birimizdə əlavə olaraq qürur hissi oyadırdı. Prezident İlham Əliyevin dediyi kimi, “oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir”. Dövlətimizin başçısının çıxışının digər mühüm aspekti isə Azərbaycan xalqına qarşı ədalətsiz yanaşmalara və cinayətlərə görə layiqli formada hər kəsin cavabının verilməsi ilə bağlı oldu: “İlk növbədə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, xüsusən mülki insanlara qarşı törədilən çoxsaylı cinayətlərin, o cümlədən Xocalı qurbanlarının qisası bu il döyüş meydanında alındı, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrə göstərmiş oldu ki, heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.
Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. Artıq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. 2023-də Talış kəndinə, mayda Laçına, avqust ayında Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlərin baş tutmasına nail olan siyasi iradənin qətiyyəti ilə, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq. Prezidentin xalqa müraciətində verdiyi bu müjdə əslində indidən 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir.
Bu gün Azərbaycan Prezidentinin cari bəyanatlarının təməlində real hərbi-siyasi və iqtisadi güc amili dayanır və dövlət başçısı özü də bunu açıq şəkildə bəyan etdi “Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik”. Eyni yanaşma ilə, 2024-cü il hərbi sənayemizin inkişafında da mühüm dövr olacaq və tarixi çıxışda da ifadə olunduğu kimi, “gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq, hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq”. Bu reallıqlarla barışmaq istəməyənlərlə bağlı isə Müzəffər Ali Baş Komandanın mövqeyi aydın oldu, “bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”. Beləliklə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa builki müraciətini əminliklə Azərbaycanın növbəti qürur səhifəsi, gücümüzün ifadəsi, birliyimizin rəmzi və həmrəyliyimizin təntənəsi hesab edə bilərik”. Əlbəttə, Azərbaycan Prezidentinin cari bəyanatlarının təməlində real hərbi-siyasi və iqtisadi güc amili dayanır və dövlət başçısı özü də bunu açıq şəkildə bəyan etdi. “Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik”. Eyni yanaşma ilə, 2024-cü il hərbi sənayemizin inkişafında da mühüm dövr olacaq və tarixi çıxışda da ifadə olunduğu kimi, “gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq, hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq”. Bu reallıqlarla barışmaq istəməyənlərlə bağlı isə Müzəffər Ali Baş Komandanın mövqeyi aydın oldu, “bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”. Beləliklə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa builki müraciətini əminliklə Azərbaycanın növbəti qürur səhifəsi, gücümüzün ifadəsi, birliyimizin rəmzi və həmrəyliyimizin təntənəsi hesab edə bilərik”
Ölkə başçısının sözlərinə görə, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Zəfər çaldığımız Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşərək həmrəy oldu. Həmvətənlərimiz beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmətlər göstərdilər.
Milli həmrəyliyimizin təntənəsinə çevrilən o 44 gündə diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər.
Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər.
Azərbaycan Respublikası Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti hər bir Azərbaycan vətandaşında 2024 cü ilində ölkəmiz üçün uğurlu keçəcəyindən xəbər verir.
Elxan Kazımov,
Xəzər rayonu, 156 №li tam orta məktəbin müəllimi