AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfər Bayramı: Azadlıq və Suverenlik Rəmzi

8 Noyabr təkcə bir qələbə günü deyil, həm də dövlətimizin tam suverenliyinin və əsl azadlığının rəmzidir. Öz ərazi bütövlüyünü təmin edən dövlət bütün dünyaya öz gücünü və müstəqilliyini nümayiş etdirdi. Azadlıq və suverenlik anlayışları bu zəfərlə daha da möhkəmləndi.

Suverenliyin qorunması hər bir müstəqil dövlətin ən ali məqsədidir. Zəfər Günü bizə bu azadlığın nə qədər qiymətli olduğunu və onun necə böyük fədakarlıqlar bahasına qorunduğunu xatırladır. Üçrəngli bayrağımızın azad səmalarda dalğalanması bu suverenliyin ən gözəl təzahürüdür.

Azadlıq ruhu xalqımızın qanında və tarixində hər zaman mövcud olub. Zəfər Günü bu ruhun müasir dövrdəki ən parlaq ifadəsidir. Bu bayram hər bir vətəndaşa azad ölkədə yaşamağın qürurunu dərindən hiss etdirir.

Suverenliyimiz və azadlığımız Zəfər Gününün bizə bəxş etdiyi ən böyük dəyərdir. Bu dəyəri göz bəbəyi kimi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button