Sənaye parkı-sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha “ağırçəkili” bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Bu parklar ümumiyyətlə, nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın məqsədləri xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq, bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək, şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq və yerli səviyyədə ekoloji nəzarəti təmin etməkdir. Buna yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı, , yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir.
Hazırda respublikamızın re gionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli isti fadə olunması, sosial-iqtisadi və ziyyətin yaxşılaşdırılmasına və iq tisadiyyatın tarazlı inkişafına hesablanmış və uğurla icra olunan dövlət proqramları regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpa və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosialmədəni obyektlərin yaradılmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəl dilməsinə zəmin yaratmışdır. Ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Qaradağ, Ağdam, “Araz Vadisi İqtisadi Zonası”, Mingəçevir, Hacıqabul Sənaye Parkı mövcuddur. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Bu sənaye parklarında sahibkarların biznes fəaliyyətini stimullaşdırılır, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradılır. Yeni meyarlara ekoloji baxımdan mühüm önəm daşıyan tullantıların təkrar emalı fəaliyyət sahəsi də əlavə olunub, eyni zamanda, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təsdiqlənib. Bu parklarda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.
Ümumiyyətlə, sənaye parklarının əhəmiyyəti ondan ibarətdir ki, burada inşa edilən müəssisələr respublikamızın iqti sadi inkişafına öz töhfələrini verəcək, istehsal olunan məhsullar kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradacaq, onlarla yeni is tehsal sahələrinin yaradılmasına və inkişafına təkan verəcəkdir!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi