Analitika

Yeni Azərbaycan Partiyasının yaradılması xalqımızın siyasi həyatında ən mühüm hadisədir

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən və düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın müdrik oğlu Heydər Əliyevə üz tutdular. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş və 91 nəfər Azərbaycan ziyalısının imzası ilə göndərilən həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək, həmişə xalqın, Vətənin, doğma Azərbaycanın gələcəyini düşünən müdrik siyasi lider Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd xalqın arzu və istəklərinin təcəssümü idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladığı bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqın Heydər Əliyevə siyasi etimadı təşkilatlanmalı, ümummilli lideri tarixi şəxsiyyət kimi dəstəkləyən siyasi çoxluğun partiyası yaradılmalı, Heydər Əliyev bu partiyanın sədri, lideri olmalı idi. Zamanın, dövrün, ictimaiyyətin, geniş xalq kütlələrinin arzu-istəyi, tələbi, sosial sifarişi belə idi. Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi. Heydər Əliyevin demokratikliyi, dövlətçilik təcrübəsi qanunların və xalqın rəyindən, millətin tələb və istəyindən, sosial sifarişdən kənar hər hansı mübarizə metodunu qəbul edə bilməzdi. Elə bu proseslər zəminində, xalqın arzu və istəyini əks etdirən müraciət hazırlandı. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətdə Heydər Əliyevdən siyasi partiya yaradılmasını və bu partiyaya sədrlik etməsini xahiş edir, bu xahişin xalqın istəyini, milli iradəsini ifadə etdiyini vurğulayırdılar: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan, sözün əsl mənasında, siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiya kimi gündən-günə möhkəmləndi, üzvlərinin sayı sürətlə artdı. Bu, ulu öndər Heydər Əliyevə olan inam və etimadın bariz nümunəsi idi. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan, 2012-ci ilin iyun ayının 22-23-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 17-ci iclasının Bakıda keçirilməsi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi və nüfuzunun artması baxımından mühüm əhəmiyyət daşımışdır. Baş Assambleyaya hazırlıq məqsədilə Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda növbəti VII Baş Assambleyanın Bakıda keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq edilmişdir.Bu gün YAP-ın yaranmasından 25 il keçir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button