GündəmSosial

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn məsələlərlə bağlı ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının “M.Ə.Rəsulzadə küçəsi 31” (Şabran bələdiyyəsi) ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyası VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş görüş keçirilib.
Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının sədr müavini Cavani Babayev, YAP Şabran rayon təşkilatının “M.Ə.Rəsulzadə küçəsi 31” (Şabran bələdiyyəsi) ərazi partiya təşkilatının sədri Fidan Fərzəliyeva, ƏPT-nın sədrləri və üzvləri iştirak etmişlər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş zamanı çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin yeni inkişaf mərhələsinin siyasi və strateji konturlarını müəyyənləşdirən mühüm proqram xarakterli çağırışlar kimi xüsusi əhəmiyyət daşıyır. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə keçirilməsi bu siyasi hadisəyə ayrıca məna verir. Artıq qarşıda dayanan məqsədlər yalnız keçmişin ağır mirasını aradan qaldırmaqla məhdudlaşmır, əldə olunmuş tarixi nailiyyətləri daha da möhkəmləndirmək, dövlətimizin qüdrətini artırmaq və gələcək nəsillər üçün daha etibarlı Azərbaycan qurmaq ideyası ətrafında cəmlənir. Prezident İlham Əliyevin nitqində vurğulandığı kimi, müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial bundan sonrakı dövrün də əsas dayaqları olaraq qalır. Bu baxımdan şəhər və rayonlarda keçirilən müşavirələr və görüşlər qarşıya qoyulan vəzifələrin yerlərdə daha dərindən dərk olunması, onların konkret fəaliyyət istiqamətlərinə çevrilməsi baxımından mühüm platformadır. Hər bir rayonun, hər bir şəhərin inkişafı bütövlükdə Azərbaycanın inkişaf mənzərəsinin bir parçasıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq, Böyük Qayıdış prosesinin sürətləndirilməsi, regionlarda sosial-iqtisadi imkanların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və insanların rifahının yüksəldilməsi vahid dövlət siyasətinin ayrı-ayrı istiqamətləri deyil, bir-birini tamamlayan böyük inkişaf zəncirinin həlqələridir. Prezidentin nitqində Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi və ölkənin bütün bölgələrində inkişafın davam etdirilməsi qarşıdakı mühüm istiqamətlər sırasında qeyd olunub. Bu yeni mərhələdə əsas məsələ əldə edilən uğurlarla kifayətlənməmək, daim irəliyə baxmaqdır. Dövlətçilik yolunda hər bir nailiyyət yeni məsuliyyət doğurur. Bu gün rayonumuzda fəaliyyət göstərən hər bir qurum, hər bir ictimai fəal, hər bir YAP üzvü öz fəaliyyətini bu böyük məqsədlərin reallaşmasına xidmət edən konkret əməli işlərlə zənginləşdirməlidir. Zaman dəyişir, dünyanın siyasi mənzərəsi yenilənir, yeni çağırışlar meydana çıxır, lakin milli maraqlara söykənən dövlətçilik xətti öz mahiyyətini qoruyur. Bu xəttin gücü ondadır ki, o, Azərbaycanın dünənini bu günü ilə, bu gününü isə gələcəyilə birləşdirir və hər bir vətəndaşı ölkənin böyük inkişaf yolunun fəal iştirakçısına çevirir.
Şabran bələdiyyəsinin sədri, YAP Şabran rayon təşkilatının “M.Ə.Rəsulzadə küçəsi 31” ərazi partiya təşkilatının sədri Fidan Fərzəliyeva, Quba-Xaçmaz Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru, “M.Ə.Rəsulzadə küçəsi 37” (Mədəniyyət şöbəsi) Ərazi Partiya Təşkilatının sədri Təvəkgül Əliyev, Şabran şəhər 3 nömrəli tam orta məktəbin direktoru Nərmin Vəliyeva və Şabran şəhər 3 nömrəli ümumi orta məktəbin direktoru Mehriban Ağabalayeva çıxışlarında bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında proqram xarakterli nitqi hər bir Partiya üzvü üçün prioritet vəzifədir bu vəzifələrin ən mühümü isə Partiyanın ideoloji sahənin fəaliyyətinin dövlətçilik prinsiplərinə, milli maraqlara və vətənpərvərlik dəyərlərinə uyğun aparılmasıdır. Bundan sonra da, Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvləri olaraq, Ümummilli Lider Heydər Əliyevin ideologiyasına sadiq qalaraq, müasir Azərbaycan dövlətinin fundamental təməllərinin qorunub saxlanılmasında, ölkəmizin inkişafı və müstəqilliyinin daha da möhkəmlənməsi naminə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətlərini uğurla davam etdirəcəklər.
Tədbir iştirakçıları mövzular ətrafında fikir mübadiləsi aparıb, qarşıya qoyulan hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının rolunu vurğulayıblar.
Tədbirin sonununda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib və xatirə fotoşəkilişi çəkilmişdir.

Oxşar Xəbərlər

Back to top button