Analitika

Yeni Azərbaycan Partiyası XX əsrin son onilliyində tarixi zərurətdən yaranaraq xalqımızın arzu və istəklərinin iradəsi kimi meydana çıxıb

Xalqımızın taleyində müstəsna yeri olan Yeni Azərbaycan Partiyası dahi siyası xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.Dahi lider Heydər Əliyevin şəxsiyyətinə olan inam, Azərbaycan xalqının gələcək ümidlərini və nicatını onunla bağlaması Yeni Azərbaycan Partiyasının yaranması ideyasını doğurmuşdur.Heç də təsadüfi deyildir ki ,xalqımızın başına gətirilən müsibətlərdən çıxış yollarını arayarkən ilk növbədə Heydər Əliyevin adı çəkilir, bütün ümidlər bu böyük şəxsiyyətlə bağlanırdı.

Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu.məhz o zaman dövlət müstəqilliyinin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət kimi qeyd olunmalıdır.Təsis konfransı 1992 –ci il 21 noyabrda Naxçıvanda keçirilən YAP- ın konfransında Umimmilli lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Təsis Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar,partiyanın Nizamnaməsi və proqramını qəbul etdi. Qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə – iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu.Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi ,özunun dediyi kimi “dünənin, bu günün, sabahın partiyası”səviyyəsinə yüksəltdi.

Yeni Azərbaycan Partiyasının 2005 – ci il 26 mart tarixində keçirilmiş üçüncü qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilmişdir. Dövlət başçımız Azərbaycan dövlətinin  inkişafı və firavanlığı yolunda çox işlər görmüşdür. Onun keçirdiyi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli ,müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Ölkə başçısı açıqladı ki, YAP yenilənmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunannamizədləri nəzərə alsaq. Daha fəal olacaq, dövlətimizin qarşısında duran problemləri daha fəal icra edəcəkdir.

YAP yeni Nizamnaməsinə uyğun olaraq partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə azərbaycanın I vitse – prezidenti  Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Bu gün bir faktdır ki, Azərbaycanın inkişafında, beynəlxalq miqyasda yüksək imici olan Birinci vitse – president Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Bu gün YAP Ümummilli lider H.Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündün – günə daha da möhkəmləndirməkdədir. Partiyamızın qarşısında duran əsas vəzifələrdən ən başlıcası ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın qüdrətli dövlətləri sırasında öz yerini qorumaqdır.

Sevinc Bayramova,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button