Analitika

Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin dediyi kimi “ Dünənin, bu günün və gələcəyin partiyasıdır”

YAP qələbələr, uğurlar partiyasıdır. YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qaunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarına Azərbaycan hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi.

1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur.Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident Heydər Ilham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.

Bu gün Azərbaycan milli dəyərləri bizim üçün əsas dəyərlərdir. Bu gün Gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır. Ulu Öndərin xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət bu gün ölkəmizi qabağa aparan ən başlıca amillərindən biridir. Onun mirası da bu gün müstəqil Azərbaycandır

Bu gün hərbir Azərbaycanlı Yeni Azərbaycan Partiyasının sıralarında qürurla yerini almalıdır.Çünki bu partiya Azərbaycan xalqına Qələbə qazandırmış bir partiyadır.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button