
14 avqust 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) veteran üzvü Abdulhəmidov Arzu Əhməd oğlunun 70 illik yubileyi münasibətilə YAP Şəki rayon təşkilatında təşkilatımızda görüş keçirilmişdir.
Aktualinfo Media Qrup xəbər verir ki, görüş zamanı YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev yubilyarı təbrik edərək, nümunəvi ictimai-siyasi fəaliyyətindən, partiyanın fəal üzvü kimi uzun illər göstərdiyi səmərəli işdən, göstərdiyi təşəbbüskarlıq və fəallıqdan bəhs etmiş, işlədiyi dönəmdə təşkilati işlərdəki yüksək məsuliyyəti və fəallığı ilə kollektivdə, həmçinin rayon ictimaiyyəti arasında içində böyük hörmət və nüfuz etimad qazandığını və bu gün də o nüfuzu qoruyub saxladığını vurğulamışdır. Həmçinin Arzu Abdulhəmidovun partiyanın ideya və məqsədlərinə sədaqətlə xidmət etdiyini qeyd edərək, bu illər ərzində partiyanın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirmişdir. Vurğulayıb ki, YAP veteranları ölkəmizin ictimai-siyasi həyatında, dövlətçilik ənənələrinin qorunub yaşadılmasında və gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik ideallarına bağlı ruhda yetişdirilməsində mühüm rol oynayırlar. Partiya veteranlarımızın
Sədr müavini qeyd etmişdir ki, Arzu Abdulhəmidovun zəngin həyat və fəaliyyəti yolu gənc nəsil üçün örnəkdir. GPartiya veteranımızın fəaliyyəti dövründə göstərdikləriyi xidmətlər, təşkilatımıza verdikləriyi dəstək k və qazandığı nüfuz yüksək dəyərləndirilir və hər zaman da hörmətlə xatırlanacaq. Yubilyarımıza ehtiram göstərilmiş, ona uzun ömür, can sağlığı, uğurlar arzulanmışdır.
Görüşdə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı tərəfindən yubilyara Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
Göstərilən diqqətə, səmimi və maraqlı şəraitdə keçən görüşə görə yubilyar Arzu Abdulhəmidov YAP Şəki rayon təşkilatının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirmişdir. O, bu etimadın onun üçün böyük stimul olduğunu və bundan sonra da partiyanın inkişafı naminə səylə çalışacağını vurğulamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş və hazırda möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan və partiyaya xidmət etməkdən qürur duyduğunu bildirmişdir.
Təşkilatımızın kollektivi adından Arzu Abdulhəmidovu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı, uğurlar arzu edirik!




