
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 100” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Ağayev, 312 nömrəli tam orta məktəbin direktoru Fidan Axundova və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması və dövlətçilik ideologiyasının təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, təhsil müəssisələri gənclərin intellektual inkişafı ilə yanaşı, onların vətənpərvərlik ruhunda yetişməsində, milli kimliyə və dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsində mühüm rol oynayır.
Bildirilib ki, YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası çərçivəsində ideoloji maarifləndirmə işinin gücləndirilməsi, gənclərin dövlətçilik ənənələrinə hörmət ruhunda tərbiyəsi və cəmiyyətin müxtəlif sahələrində çalışan partiya üzvlərinin fəallığının artırılması vacibdir.




