
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş növbəti tədbir Astara rayonunun Vaqo kənd ərazi partiya təşkilatında (Məhərrəm Abiyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbi) keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qurultay nümayəndəsi, Vaqo kənd məktəbinin Qumru Hüseynova çıxış edərək Prezident İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və qarşıda duran strateji hədəflərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulayıb.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərin həyata keçirilməsi, milli həmrəyliyin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və cəmiyyətin bütün təbəqələrinin ümumi məqsədlər ətrafında səfərbər edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Çıxış edənlər: Vaqo kənd ərazi partiya təşkilatının sədri İlhamə Abbasova, ƏPT-nın sədr müavini Elton Babayev Yeni Azərbaycan Partiyasının cəmiyyətin siyasi və ictimai həyatında oynadığı roldan, partiyanın qarşısında duran vəzifələrdən, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərin qorunmasının vacibliyindən bəhs ediblər.
Sonda tədbir iştirakçıları ölkəmizin tərəqqisi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi və qarşıya qoyulan hədəflərin həyata keçirilməsi naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin, dövlətçilik maraqlarına sədaqətlə xidmət etməyin vacibliyini ifadə ediblər.






