
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Qurultay Azərbaycanın inkişaf strategiyasının, qarşıda duran yeni məqsəd və vəzifələrin müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.
Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizin davamlı inkişafına və beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın tarixində ən böyük Zəfərlərdən biridir. Bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, dövlət-xalq birliyinin və Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətinin nəticəsidir.
YAP-ın VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərinə uyğun mühüm vəzifələr müəyyənləşdirir. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, dövlətçiliyə sədaqət və Azərbaycanın daha qüdrətli gələcəyi naminə birlik bu yolun əsas istiqamətlərindəndir.
İnanırıq ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin inkişafında, milli maraqlarımızın qorunmasında və Azərbaycanın parlaq gələcəyinin qurulmasında mühüm rol oynayacaq.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



