
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 12 oktyabr 2026-cı il tarixində YAP Hacıqabul rayon təşkilatının İ.Qayıbov küçəsi 1, H.Həmidov küçəsi 1, Hacıqabul şəhər və B.İbrahimov küçəsi 3 ərazi partiya təşkilatlarının fəalları ilə görüş keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayon təşkilatının müvafiq ƏPT-in fəalları iştirak edirdilər.
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov tədbiri açaraq, məruzə ilə çıxış etdi. İ.İbrahimov bildirdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin müasir ictimai-siyasi tarixində növbəti bir dönüş nöqtəsi, qüdrətli dövlətimizin siyasi gücünün təntənəsidir. Bu Qurultayı əvvəlkilərdən fərqləndirən və ona müstəsna tarixi status qazandıran ən əsas reallıq – Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk YAP Qurultayı olmasını bildirdi. Partiyamızın Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu və proqram xarakterli nitqi təkcə partiyamız üçün deyil, bütövlükdə dövlətimizin gələcək inkişafı üçün strateji bir yol xəritəsidir.
Çıxış edən YAP fəalları bildirdilər ki, biz partiya fəalları olaraq cənab Prezidentin ətrafında sıx birləşərək bu proqram xarakterli nitqdən irəli gələn hədəfləri reallığa çevirmək üçün var gücümüzlə çalışacaq, həm hərbi-iqtisadi, həm də ideoloji cəbhədə dövlətimizin suverenliyini və müstəqilliyini qoruyacağıq.
Sonda müşavirə iştirakçılarının sual və təklifləri dinlənildi.




