GündəmSosial

YAP Binəqədidə VIII Qurultayın nəticələri müzakirə olunub.

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə – şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Görüşü giriş nitqi ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru əvəzi, ərazi partiya təşkilatının üzvü Fərid Babayev bildirdi ki, ölkəmizin qazandığı tarixi zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıb. Bu mərhələdə partiya təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, üzvlərin ictimai-siyasi fəallığının artırılması və dövlət siyasətinin mahiyyətinin vətəndaşlara düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Millət vəkili Kamaləddin Qafarov Azərbaycanın son illərdə qazandığı siyasi, iqtisadi və hərbi uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsi olduğunu bildirib. Bu nailiyyətlərin qorunması və yeni inkişaf mərhələsinə uyğun vəzifələrin yerinə yetirilməsi hər bir partiya üzvündən fəallıq, məsuliyyət və vətəndaş mövqeyi tələb edir.

Millət vəkili Səbinə Xasayeva çıxış edərək qurultayın işindən və qəbul olunan qərarlardan danışıb. O, qurultayda müzakirə olunan məsələlərin, irəli sürülən təklif və təşəbbüslərin partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Görüşdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov vurğuladı ki, Qurultayın keçirildiyi beynəlxalq şərait ideoloji sahənin əhəmiyyətini artıran amillərdəndir. Xüsusilə ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra Azərbaycanın regional siyasətində yeni imkanların açılması, regional iqtisadi əlaqələrinin yüksək səviyyədə qurulması və Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu anti-Azərbaycan qüvvələrin fəallaşmasına gətirib çıxarıb. Hər bir dövlət bilməlidir ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç bir xarici müdaxiləni qəbul etmir və etməyəcək.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button