Analitika

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları dövlətimizin əlavə enerji istehsalına geniş imkan yaradacaq

“30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz dağıdılıb, mədəni irsimizə böyük zərbə vurulub, əkin sahələrimiz yararsız hala salınıb, infrastruktur məhv edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, elektrik enerjisi, avtomobil və dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsi azad olunmuş ərazilərin inkişafının əsas strateji istiqamətlərindən biridir”.

Bunu “Aktualinfo.az”a açıqlamasımda Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan infrastruktur layihələri arasında su təchizatının bərpası xüsusi yer tutur. Bu konteksdə “Xudafərin” və “Qız Qalası” ­hidroqovşaqları xüsusi əhəmiyyətə malikdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılmasına və 12 min hektar yeni əkin sahələrinin suvarılmasına imkan yaradacaq:

“Qarabağ və Şərqi Zəngəzurunın kənd təsərrüfatı üçün yararlı torpaqların, zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması, bütövlükdə, regionun iqtisadi inkişafını sürətləndirəcək. Ən müasir texnologiyaların tətbiqi nəticəsində bu bölgələrdə həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hər şey planlı şəkildə edilir ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq götürülsün”.

Onun sözlərinə görə, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. Xüsusi vurğulanmalıdır ki, işğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button