
26 fevral Azərbaycan xalqı üçün təkcə təqvim günüdeyil, həm də sönməyən ağrı, unudulmayan qisas vəbərpa olunmuş ədalətin rəmzidir. Ermənistanın millətçiqüvvələri tərəfindən həyata keçirilən Xocalı soyqırımı, bəşər tarixinə ən dəhşətli vəhşilik aktlarından biri kimidüşmüşdür. Lakin bu gün biz Xocalıdan danışarkən, təkcə faciəni deyil, həm də qürurla bərpa olunansuverenliyimizi vurğulayırıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinqeyd etdiyi kimi: “Biz Xocalısız ərazibütövlüyümüzün, suverenliyimizin tam bərpaolunduğunu hesab edə bilməzdik”. Xocalı bizimtariximizdir!Xocalı bizim əzəli yaddaşımızdır!Biz xalqolaraq bizə edilən vəhşilikləriunudmaqdıq,unutdurmarıq! Bizim xalqımız öz sözünüdedi və öz birliyini göstərdi. Azərbaycan xalqısarsılmaz xalqdır!2023-cü ilin sentyabrında həyatakeçirilən antiterror tədbirləri nəticəsində Xocalı şəhəriseparatçılardan təmizləndi və tarixi ədalət bərpaolundu. Antiterror əməliyyatıları zamanı xalqınbirliyinə şahid olduq.Xalqın azad səsi bütün dünyayasəs saldı. Xaqın əsgərlərinə olan güvəni, böyük ümidiheç bir sözlə əvəz oluna bilməz.Günahsız qurbanlarınqanı yerdə qalmadı.
Xocalının Yeni Çöhrəsi: Quruculuq və Qayıdış
İşğal dövründə xarabalığa çevrilmiş, hər daşına kədərçökmüş Xocalı bu gün yenidən doğulur. Dövlətbaşçısının Xocalıya mütəmadi səfərləri bu torpaqlardahəyatın sürətlə bərpa olunduğunun ən barizgöstəricisidir.15 oktyabr 2023-cü ildə Xocalı şəhərindəvə Əsgəran qalasında Azərbaycanın Dövlət Bayrağınınucaldılması, 30 illik həsrətə son qoyan rəmzi zirvəoldu. Şəhərdə çoxmənzilli binalar təmir edilir, müasirinfrastruktur layihələri icra olunur. 2024-cü ilin mayayından etibarən doğma yurduna qayıdan sakinlərinüzündəki sevinc, Xocalının yaralarının sarıldığını sübutedir.Xocalı soyqırımı qurbanlarının xatirəsiniəbədiləşdirmək məqsədilə şəhərdə SoyqırımıMemorialının təməlinin qoyulması gələcək nəsillərəötürülən tarixi bir mesajdır. Biz bu faciəni unutmadıq, lakin ondan güclənərək çıxdıq. Bu gün Xocalının hərbir kəndində– Ballıcada, Xanabadda, Badarada ucalanAzərbaycan bayrağı həm də o məsum ruhların rahatlıqtapdığı yerdir.
Xocalı artıq ağrı-acı ilə deyil, dirçəliş, quruculuq vəqətiyyətli qayıdışla anılır. Biz tarixi ədaləti həm siyasi, həm də hərbi müstəvidə təmin etmiş bir xalq kimigələcəyə daha inamla baxırıq. Xocalı bizim qanyaddaşımızdır! Heç bir xalq öz tarixini unutmamalıdır, unutdurmamalıdır! Vətənin keşiyində durancəngavərləri vətən öz bağrına basdı.Vətən ona sahibçıxanları unutmur, onları öz himayəsinə alır və adlarını tarixin qızıl səifhələrinə köçürür.
Bakı Slavyan Universitetinin tələbəsi
Kərimova Zəhra



