Analitika

Xocalı soyqırımının 32-ci ildönümünü Azərbaycan xalqı dərin hüznlə yad edir

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Xocalı şəhərinə hücum etmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Şəhəri tərk etməyə çalışan günahsız azərbaycanlıları pusquya düşürmüş və onları insanlığa sığmayacaq şəkildə qətlə yetirmişdir. Bu gün Xocalı soyqırımının törədilməsinin üzərindən 32 il keçir, lakin bu faciə o qədər dəhşətli, o qədər qanlıdır ki, üzərindən 32 il yox, əsrlər keçsə xalqımızın yaddaşından silinməyəcək. Xocalı sadəcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş ən ağır qətliamdır. Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun hərbi jurnalistlik karyerasında ən vacib xidmətlərindən biri  Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur.  Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.

Çingiz Mustafayevin çəkdiyi və çəkərkən göz yaşlarını tuta bilmədiyi Xocalı soyqırımına aid kadrlar sayəsində bu gün dünyanın əksər ölkələri Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və qeyri-insani siyasətin şahidi olmuşdur. Hazırda dünyanın bir çox ölkələrində   Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Meksika, Pakistanda Xocalıda baş verənlərin soyqırım kimi tanınması ilə bağlı parlament aktları qəbul edilmişdir. Bununla yanaşı ölkəmizdə Xocalı faciəsinə adi yüzlərlə əsər, tamaşa, kinofilmlər, şeirlər, memarlıq abidələri yaradılmışdır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildən  “Xocalıya Ədalət” kampaniyasına başlanılmışdır. Kampaniya hazırda bir çox ölkələrdə öz fəaliyyətini səmərəli şəkildə həyata keçirir.

Azərbaycan dövləti, Azərbaycan xalqı Xocalıda baş verənlərin qisasını aldı və orda qətlə yetirilən azərbaycanlıların qanı yerdə qalmadı. 2023-cü il 19 sentyabrda həyata keçirilən antiterror tədbirlərindən sonra  Müzəffər lider İlham Əliyev tərəfindən Xocalıda Azərbaycan Respublikasının dövlət bayrağı ucaldıldı. Bu isə düşmənə ən ağır cavab, ən böyük şillə oldu.

Zərxanım Abbasova,
Yap- ın fəalı

Oxşar Xəbərlər

Back to top button