Analitika

Xankəndində keçirilən Zəfər paradı dövlətimizin qüdrətinin, müstəqilliyinin rəmzi kimi bütün dünyaya ünvanlanan bir mesajdır

“Azərbaycan xalqı 8 Noyabr – Zəfər Günündə tarixi anlar yaşadı. Xalqımız 30 ilə yaxın bu anları həsrətlə gözləyirdi. Gözləyirdi ki, Qarabağın işğalına son qoyulsun, torpaqlarımız erməni qəsbindən azad olunsun. Artıq üç ildir ki, həsrətə son qoyulub. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə erməni işğalçıları üzərində böyük qələbə qazandı. Uzun illərdən sonra Azərbaycan xalqı tarixi torpaqlarına qayıtdı. Noyabrın 8-də Qarabağın mərkəzində, Xankəndi şəhərində Vətən müharibəsində qələbəmizin 3-cü ildönümü münasibətilə hərbi paradın keçirilməsi hər birimizdə qürur doğurdu. İllərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz tarixi günün sevincini yaşadıq”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız, orada keçirilən hərbi parad hər birimizdə xoşbəxtlik, fərəh, qürur hissi yaşadır. Qələbəmizin, zəfərimizin təsdiqi olan hərbi parad Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, daim qürurla xatırlanacaq. Xankəndində Prezident İlham Əliyevin də iştirakı ilə keçirilən parad Azərbaycan dövlətinin qüdrətinin, müstəqilliyinin rəmzi kimi bütün dünyaya ünvanlanan bir mesaj kimi qəbul olunmalıdır.

Onun sözlərinə görə, Xankəndində keçirilən Zəfər Paradı yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayiş etdirdi. Bu parad Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. O cümlədən, Xankəndi paradı vasitəsilə suverenliyimizin bərpasını bütün dünyaya nümayiş etdirdik.

Oxşar Xəbərlər

Back to top button