Analitika

Xankəndində keçirilən möhtəşəm Zəfər paradı

İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Xankəndidə tarixi hərbi parad keçirildi. Azərbaycan  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev parada qatılmışdır. Dövlət başçısı şəxsi heyəti salamladı. Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin xatirəsi bir dəqiqə sükutla yad olundu.

Prezident İlham Əliyev: Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırıldı. Beləliklə, İkinci Qarabağ müharibəsi  Azərbaycan  dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir  nöqtəyə vururdu  ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Bu günü  bizə  bəxş  edən  Müzəffər   Silahlı  Qüvvələrimiz   döyüş  meydanında  cəsarət, qəhrəmanlıq,  fədakarlıq  göstərərək  düşməni  bizim  əzəli  torpaqlarımızdan  qovmuşdur. Bu  böyük   tarixi  hadisədir. Azərbaycan  xalqının  çoxəsrlik   tarixində  buna  bənzər  parlaq  Qələbə  olmamışdır. Şuşa  əməliyyatı, 44 gün ərzində  apardığımız  bütün  digər  hərbi  əməliyyatlar, hərbçilərimizin  şücaəti  bir  qəhrəmanlıq  dastanıdır. 44 gün  ərzində  döyüş  meydanında  düşməni  məğlub  edək, şəhər  və  kəndlərimizi   azad  edərək   Azərbaycan  əsgər  və  zabiti  əsl  qəhrəmanlıq  göstərmişdir.

Şuşa  əməliyyatı, təbii  ki, 44  günlük   Vətən  müharibəsi  dövründə  xüsusi  yerə  malikdir. Çünki  çox  çətin  coğrafi  vəziyyətdə   yerləşən,  alınmaz  qala  sayılan  Şuşaşanı   yüngül  silahlarla,  bir   çox  hallarda   əlbəyaxa   döyüşlər   nəticəsində   azad  etmək   böyük  güc, peşəkarlıq  və  fədakarlıq   tələb  edirdi. Azərbaycan  övladları   bunu  göstərmişdir.

İyirmi  il  bundan  əvvəl  Prezident  kimi  öz  fəaliyyətimə  başlayanda  əziz  xalqıma  bildirmişdim  ki,  biz  torpaqlarımızı  müharibə  yolu  ilə  azad   etməyə  hazır  olmalıyıq.  O  vaxt  hələ  sülh  danışıqlarına  müəyyən   ümidlər   var  idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan  çıxmaq istəmirdi.

Ermənistan- Azərbaycan  münaqişəsinin   nizamlanması  ilə  məşğul  olmuş  vasitəçilər  faktiki  olaraq  vəziyyəti  dondurmağa  çalışırdılar,  hesab  edirdilər  ki, Azərbaycan  xalqı  bu  vəziyyətlə  barışacaq. Ancaq  Azərbaycan  xalqı  heç  vaxt  bu  vəziyyətlə  barışmaq  fikrində deyildi.

44  gün  ərzində   Azərbaycana  müxtəlif   yerlərdən,  müxtəlif  paytaxtlardan  təzyiqlər  göstərilirdi, təhdidlər  səsləndirilirdi. Ancaq  bizi  haqq  yolumuzdan  heç  kim döndərə  bilməzdi.

O vaxt  mən  heç  şübhə etmirdim  ki, gün  gələcək  və  burada -Xankəndi  şəhərində  Azərbaycan  Bayrağı  qaldırılacaqdır.

Nəsirova Ofelya,
KBTRL- nin tarix müəlliməsi

Oxşar Xəbərlər

Back to top button