Analitika

Xalqının güvən yeri

Tarix sübut edib ki, heç də hər zaman bütün dövlət başçıları xalqına sadiq olmur, xalqı ilə sevinib, xalqı ilə kədərlənmir. Heydər Əliyev isə 1969-cu ildə ilk dəfə hakimiyyətə gələndə tez-tez zəhmətkeşlərlə görüşür, onların problemləri, həyat şəraiti ilə maraqlanır, lazımi köməyi göstərirdi. Məhz onun hakimiyyəti dövründə Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verildi. Çoxlu yaşayış binaları tikilərək bölgələrdən gəlib fabrik və zavodlarda çalışan əhaliyə paylanıldı.

Dahi şəxsiyyət olan Heydər Əliyev həmişə regionların iqtisadi cəhətdən inkişafını diqqət mərkəzində saxlayırdı, eyni zamanda da Kəlbəcər, Laçın və Şuşa şəhərlərinin. Şuşada M.P.Vaqifin ev muzeyinin açılışı da onun göstərişi ilə olmuşdu.

Rusiyanın mənfur fikirlərini bilən ümummilli lider Heydər Əliyev ilk dəfə Bakıda Cəmşid Naxşıvanski adına hərbi məktəb açdırır ki, bu da Azərbaycanın sonrakı illərdə ordu quruculu-ğunda mühüm rol oynadı. Bu dahi liderin boyük uzaqgörənliyinin nəticəsi idi. Xalqımıza qarşı törədilmiş 20 yanvar faciəsində də öz həyatını təhlükəyə ataraq, keçmiş SSR rəhbərliyini açıq aydın günahlandırmış və ailəsi ilə birlikdə Moskvanı tərk etmişdi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdə də “Mən bütün qalan ömrümü xalqıma bağışlayıram” deməklə xalqına nə qədər bağlı olduğunu göstərmişdi. Bütün hakimiyyəti dövründə ərazilərimizin bərpası onun üçün prioritet olmuşdur. Çıxışlarında qeyd edirdi: Biz hesab edirik ki, ATƏT-in prinsipləri dəyişilməz, pozulmaz olmalıdır. ATƏT-in prinsiplərini pozan Ermənistan cəzasız qalır. Hər iki ölkəyə eyni münasibət göstərilir. Baxmayaraq ki, bir ölkə təcavüzkardır, o birisi isə təcavüzə məruz qalmışdır. Əgər təcavüzkara lazımi cavab verilməsə, onun qarşısı alnmasa, yaxudtəcavüzkar cəzalanmasa, təcavüzkarlar başqa yerlərdə də belə hərəkət edəcəklər.”

Bəli tarix göstərdi ki ,bu ədalətsizlik sonuna qədər davam etdi. Uzun müddət İran Xəzər dənizinin delimitasiyası və demarkasiyası prosesində ümumi razılığa gəlməyərək problemlər yaradırdı. Ona görə də Ulu Öndər İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini və İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Əli Əhani ilə görüşdə demişdi.

Biz bu mövqeyin üzərində qəti dururuq ki, Xəzər dənizi sülh, qardaşlıq, birgə əməkdaşlıq dənizi olmalıdır,” – deyərək ,öz qəti fikrini bildirmişdir.

Ulu öndər Heydər Əliyevin azadlıq, müstəqillik və dönməzlik ideyaları Azərbaycan xalqının gələcək taleyini həll etdi. Bügün suveren Respublika olan Azərbaycan dünya ölkələri sıralarında məğrur addımlarla irəli gedir. Mötəbər tədbirlərə ev sahibliyi edən ölkəmiz 200 il sönra öz sözünü bütün uca kürsülərdən dünyaya çatdırır.

Nəcəfova Şəlalə,
Xəzər rayonu, 234 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button