GündəmSosial

VIII Qurultay kontekstində Azərbaycanın siyasi inkişaf perspektivləri

28 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa şəhər Təhsil işçiləri” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, regionun ən böyük siyasi təsisatı olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizdə keçirilməsi tarixi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Qurultayda qalib partiyanın lideri və qalib ölkənin Prezidenti kimi İlham Əliyevin çıxışı unudulmaz və qürurverici anlar yaşatdı. Uzun illər davam edən mübarizənin Qurtuluşdan Zəfərə uzanan yolunun məhz belə bir qurultayda ifadə olunması dövlətçilik tariximizin yeni səhifəsi kimi yaddaşlara həkk olundu.

Daha sonra çıxış edən natiqlər – “Ağstafa şəhər Təhsil işçiləri” Ərazi Partiya Təşkilatının sədri Mədəd Zeynalov, Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin direktoru Ramiz Nəsirov, Tatlı kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Aqşin Quliyev və Həsənsu kənd tam orta ümumtəhsil məktəbin müəllimi Günay Mehdiyeva bildiriblər ki, Qurultayda çıxış edən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının dövlətçilik tariximizdəki roluna, əldə olunan uğurlara və qarşıda duran vəzifələrə geniş şəkildə toxunaraq partiyanın yaranmasını xalqın dövlətçiliyin qorunmasına olan tələbinin siyasi ifadəsi kimi qiymətləndirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın ağır böhrandan çıxarılması, sabitliyin təmin olunması, iqtisadi əsasların yaradılması və dövlətçilik strategiyasının müəyyənləşdirilməsi ilə əlaqələndirərək bu siyasi xəttin davamı olaraq ölkənin iqtisadi və hərbi imkanlarının gücləndiyini, beynəlxalq mövqelərinin möhkəmləndiyini diqqətə çatdırdı. Prezident tarixi qələbələrimizin hərbi və diplomatik hazırlığın nəticəsi olduğunu bildirərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının regionda yeni reallıqlar yaratdığını qeyd etdi.

Oxşar Xəbərlər

Back to top button