Analitika

Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi

Regionun təhlükəsizlik mühitini bir sıra daxili və xarici amillər formalaşdırır ki, onlardan biri də bölgədə cərəyan edən geosiyasi proseslərdir. Azərbaycan istər siyasi, istərsə də geoiqtisadi münasibətlərə görə türkdilli dövlətlərlə hərtərəfli münasibətə maraqlıdır.

Ölkəmizin tərəfdaşlarının artması isə dövlətimiz adına yalnız uğur gətirə bilər. Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan özünə xeyli dost və qardaş ölkə qazana bilib. Dili, dini, mədəni həyatı eyni kökə bağlı, oxşar keçmişə malik bu xalqlar bu gün bir-birinə xüsusi səmimiyyətlə yanaşır. 44 günlük Vətən müharibəsində həmin dövlətlər birmənalı olaraq xalqımızın yanında oldu, Azərbaycan dövlətinə dəstək durdular. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanda öz üzərinə yerləşdiyi Orta Dəhlizin əməliyyatı artmaqdadır. 2020-ci ildə müharibə zamanı bu dövlətlər Azərbaycana çox haqlı olaraq öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Qarabağda qondarma prezident seçkilərini tanımadıqlarını bəyan etdilər. Hər üç dövlət Qarabağda indi aparılan bərpa və yenidənqurma işlərinə öz töhvələrini verirlər. Hələ onunda qeyd etmək istəyirəm ki, əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatlarının Astanada keçirilən 10-cu yubileyində geniş çıxışı bizə ən böyük dəstək idi. Naxçıvanın Azərbaycan torpağına birləşdirilərək Orta 
Asiya ilə xəttin açılması dədə-baba yurdlarımızın birləşməsi Türk dünyası ölkələrinin ən müqəddəs işi 
olacaqdır “.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Rəna Süleymanlı,
YAP-ın gənc fəal

Oxşar Xəbərlər

Back to top button