Analitika

Ümumilli Liderin hakimiyyətə qayıdışı tariximizdəki ən mühüm hadisələrdən oldu

Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq  üçün bütün bir xalqın, ölkənin tarixini yazmaq lazım  gəlir. Heydər Əliyev məhz belə xoşbəxt adamlardan idi.Keçən XX əsrin 30 ili Azərbaycan tarixi üçün Heydər Əliyev dövrü olub. Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi  hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki  misilsiz xidmətləri ilə  hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.

Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir.Ulu öndərimiz birinci dəfə hakimiyyətə gələndə –  60-cı illərin axırlarında  Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı.

1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın  I katibi seçildi. Azərbaycan haqqında nəinki  keçmiş ittifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı: Bura təkcə ”Neft Bakısı deyil”, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri  yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək taleyi baxımından  başlıca məzmunu azərbaycançılıqdır. Heydər  Əliyev o dövrdə mövcud olan ideologiyanın qalibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə alt qatda ona müxalif qalaraq Azərbaycanda milli ruhun  tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə onu yüksəltmək  yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.

1969-cu il iyulun 14-də Azərbaycan tarixinin “Əliyev  dövrü “ başlandı. O dövrün ki,  sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri  və çatışmazlıqları ilə bərabər respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla,ən başlıcası isə xalqın mənəvi intibah, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın çiçəklənmə dövrü başlandı. O zamanlar Heydər  rəhbər seçiləndə ictimaiyyət  bu dəyişikliyə o qədər də əhəmiyyət vermədi, bu addımı kommunist rejimində növbəti əhəmiyyətsiz  dəyişiklik adlandırdı. Amma az keçmiş həmin rəy  dəyişdi : “Kommunist ölkəsində görünməyən bir hadisə. Azərbaycanda Kommunist Partiyasının lideri H.Əliyev rüşvətxorluqla mübarizə aparır. Kommunist lideri  kommunizm ideologiyasına qarşı çıxır”.Zaman göstərdi ki, Heydər Əliyev bütün addımlarında gələcəyi hesablayan, millətin mənafeyini bütün səlahiyyətlərdən üstün tutan fenomen şəxsiyyətdir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button