Analitika

Ulu Öndər Heydər Əliyev Dövlət Müstəqilliyimizin qurucusudur!

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. 

Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstutisyasinin əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstutsiya aktının hazırlanması barədə qərar qəbul etdi.

Ötən il isə Azərbaycan Milli Məclisinə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi təqdim edildi. Həmin layihədə isə Respublika Gününün (mayın 28-i) adı dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (oktyabrın 18-i) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunurdu. Az sonra da layihə parlamentdə qəbul edildi. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçmişə doğru baxdıqda isə xalqın heç də asan günlərdən keçmədiyinin şahidi ola bilərik..

80-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı.Azərbaycanın suveren hüquqlarının tapdanmasına, Ermənistanda azərbaycanlıların soyqırımına qarşı kortəbii çıxışlar Sumqayıtda fevralın 20-dən başlanmışdı. Təhrikçi qüvvələr, cinayətkar elementlər vəziyyətdən istifadə edərək hüquq-mühafizə orqanlarının qarışmazlığı və razılığı şəraitində ehtirasları qızışdırırdılar. Fevralın 27-də böyük mitinq oldu. Səhəri gün erməni talanları başlandı. DTK-nın və erməni millətçilərinin törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər, o cümlədən 26 nəfər erməni və 6 nəfər azərbaycanlı öldürülmüş, 200 mənzil qarət olunmuş, onlarla ictimai bina, avtobus, şəxsi maşınlar yandırılmışdı.

 SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə DQMV-dəki idarə və müəssisələr Azərbaycan SSR-in tabeliyindən çıxarıldı. İyunun 13-dən azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Sovet Ordusunun köməyi ilə silahlı erməni quldurları iyulda Xankəndindən bütün azərbaycanlıları (14 min nəfər) qovub çıxartdılar.Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar. Xalq bütün ümidini iqtidarın hər surətlə hakimiyyətdən uzaqlaşdırmağa çalışdığı Naxçıvan MR Ali Məclisinin sədri, dünyada ağıllı və tədbirli bir siyasətçi kimi tanınmış Heydər Əliyevə bağlamışdı.

Heydər Əliyev blokada şəraitində olan Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. Onun rəhbərliyi altında Muxtar Respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. İqtisadi islahatlar keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verildi.

Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan MR-də hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi.

Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin dinc vasitəiərlə həllinə üstünlük verdi. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin siyasi oyunu kimi ifşa etdi.

Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq- mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb oldu. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyuldu.

31 il əvvəl qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir.

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Cümhuriyyəti yaranıb. 1918-1991-ci illər arasında Azərbaycan SSRİ-nin tərkibində olub.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.

Həsənova Şəfəq,
Xəzər rayonu, 216 nömrəli orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button