Analitika

Ulu öndər Azərbaycan ziyalılarının əsl himayədarı idi

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. 

Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin Azərbaycan tarixində gördüyü nəhəng işlər saysız-hesabsızdır. Onun ən böyük xidməti isə məhz müstəqil Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etməsi oldu. Bu gün də insanların verdiyi bir sual var: Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycanın taleyi necə olacaqdı? Təsəvvür etmək belə mümkün deyil. Bu günlər dünyanın tanınmış dövlət xadimləri, siyasətçilər, ziyalılar ümummilli lider haqqında xatirələrini bölüşür, onu ən xoş sözlərlə yad edirlər, böyük liderlik qabiliyyətinə malik olduğunu vurğulayırlar.

Ulu Öndər incəsənət xadimləri haqqinda bele fikirlər söyləyib.

“Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”

“Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.”

“XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”

“Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.”

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button