
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycana səfər edəcək.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, XİN rəhbərinin Bakıya səfəri mayın 25-nə planlaşdırılır.
Ukraynalı nazirin səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və bir sıra digər rəsmi görüşlərinin keçirilməsi gözlənilir.