Dünya

Ukraynadan atılan raket Belarusa düşdü

Ukrayna Silahlı Qüvvələrinə məxsus “S-300” sisteminə aid raket Belarus ərazisinə düşüb.

Aktualinfo.az xəbər verir ki, bu barədə məlumatı “Belta” yayıb. 

Məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko dərhal insident barədə məlumatlandırılıb. 

Hazırda Belarusun İstintaq Komitəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarından ibarət mütəxəssislər qrupu hadisənin səbəblərini araşdırır. 

İlkin məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button