Siyasət

Ukrayna XİN Azərbaycana təşəkkür etdi

Ukraynanın Xarici İşlər Nazirliyi humanitar yardımlarına görə Azərbaycana təşəkkür edib.

Aktualinfo.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna XİN öz rəsmi tviter hesabında yazıb.

“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, təcavüzkar Rusiya tərəfindən həyata keçirilən vəhşi bombardmanlardan sonra Ukraynanın zərər görən kritik infrastrukturunun bərpa  edilməsi üçün çox vacibdir”, – deyə paylaşımda qeyd olunub.

Oxşar Xəbərlər

Back to top button