AnalitikaGündəmSiyasət

“Gənclər üçün Maliyyə Savadlılığı Proqramı” təqdim olunub

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan BanklarAssosiasiyası gənclərin maliyyə savadlılığının artırılması, məsuliyyətli maliyyədavranışlarının formalaşdırılması, müasir maliyyə xidmətləri və imkanları üzrə bilik vəpraktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində“Gənclər üçün Maliyyə Savadlılığı Proqramı”na start verib.

Noyabrın 25-də “Baku Marriott Hotel Boulevard” mehmanxanasında proqramınrəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, bank vəmaliyyə sektorunun, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Mərkəzi Bankının başdirektoru Şahin Mahmudzadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icraedən Yusif Vəliyev və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış ediblər. Çıxışlarda butəşəbbüsün gənclərin maliyyə sektorundakı yeniliklər və müasir tendensiyalar barədəməlumatlılığının artırılmasına, maliyyə resurslarından səmərəli və məqsədyönlü istifadəbacarıqlarının inkişaf etdirilməsinə, eləcə də məsuliyyətli maliyyə davranışlarınınformalaşdırılmasına xidmət edəcəyi vurğulanıb.

Proqram çərçivəsində keçirilən təlimlər və interaktiv fəaliyyətlər vasitəsiləgənclərin şəxsi büdcənin idarə edilməsi, yığım və investisiya, rəqəmsal bankçılıq vəmaliyyə təhlükəsizliyi, məsuliyyətli borclanma, maliyyə istehlakçılarının hüquqları, eləcədə müasir və alternativ maliyyələşmə imkanları üzrə bilik və praktiki bacarıqlarınıninkişaf etdirilməsi nəzərdə tutulur.

“Gənclər üçün Maliyyə Savadlılığı Proqramı” gənclərin qazandıqları bilikləri real həyat situasiyalarında tətbiq etmələrinə, maliyyə seçimlərinə daha məsuliyyətliyanaşmalarına və gələcək hədəflərini düzgün planlaşdırmalarına töhfə verəcək.

 

Oxşar Xəbərlər

Back to top button