Üçtərəfli Bəyanat
2020-ci il sentyabrın 27- də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktybrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl şəhərini , oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20 – də Zəngilan şəhərini, oktyabrın 25- də Qubadlı şəhərini , noyabrın 8- də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300- dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə , Murovdağ , Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. 10 noyabr 2020- ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Prezodent qeyd edib ki, bu bəyanat bizim şanlı qələbimizdir. Qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin mühüm rolu var. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
Bəyanata əsasən, Azərbaycan və Ermənistan arasında əsirlərin və cəsədlərin mübadiləsi həyata keçirilib. Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra imzalandığı sərəncamlarla Vətən müharibəsinin başlandığı gün -27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi gün- 8 Noyabr isə Zəfər Günü kimi təsis edilib.
Nəsirova Ofelya,
KBTRL- nin tarix müəlliməsi