Türkdilli dövlətlər arasında olan iqtisadi əlaqələr daha da sürətlə inkişaf etməkdədir

Gözəl və əlamətdar hadisələrdən biri bugünki zirvə görüşünün həyata keçməsidir.Astanada Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün nəticələri həm Azərbaycan üçün, həm də türk, qardaş dövlətləri üçün gözəl olacaq, səmərəli işlərlə və qəbul ediləcək qərarlarla bizim birliyimiz daha da gücləndirəcəkdir. Türkdilli dövlətlər arasında olan iqtisadi əlaqələr daha da sürətlə inkişaf etməkdədir. Bunu etmək üçün yaxşı yeni imkanlar vardır. İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar yaradır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni mərhələ başladacaqdır. Həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirən böyük layihə Zəngəzur koridorunun açılması istiqamətində fəal işlər gedir. Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, gələcək illərdə iqtisadi sahədə yeni layihələrin həyata keçirilməsiölkələr arasında münasibətləri daha da mphkımləndirəcəkdir. Azərbaycan Mərkəzi Asiya Ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqdadır. Eyni millətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və əbədi qardaşlıq tellərinin əməkdaşlığa çevriləcəyi və yeni nailiyyətlər əldə edəcəyi zaman artıq başlayıb. Son iki il ərzində prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çox saylı səfərlər ediblər. Türkdilli dövlətlər arasında dostluq, qardaşlıq əlaqələri həm ikitərəfli formatda, həm çoxtərəfli müstəvidə daha da güclənməkdədir. Bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamışlar, bir yerdə çalışmışlar, daim bir-birinə arxa, dayaq olmuşlar.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq,özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
“Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı.Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.”İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu fikirləri səsləndirib.
Leyla Fətəliyeva,
YAP-ın fəalı