Türk dövlətləri ilə Azerbaycanın münasibətlərinin möhkəmlənməsi

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altındında Astanada keçirilən Zirvə görüşündə çıxışında deyib: ”Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir”.Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.
Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin simasında Azərbaycanın istisnasız xidmətləri var.Azərbaycan hər zaman türk dövlətləri ilə əlaqələrinin möhkəmlənməsi üçün çalışıb,eyni zamanda digər ölkələrlə də mehriban qonşuluq siuasəti yürüdüb.Türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsi yalnız və yalnız regionun rifahına xidmət edir.Dövlətlərimiz arasında mədəni ,siyasi,iqtisadi əlaqələr hər zaman yüksək səviyyədə olub və bundan sonra möhkəmlənəcək və Azərbaycan bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib.
Azərbaycanın beynalxalq arenada dostluq etdiyi ölkələrin,tərəfdaşlarının artması dövlətimiz adına yalnız uğur gətirə bilər.Məhz İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan özünə dost bə qatfaş ölkələr qazana bilib.Dili,dini,mədəni həyatı eyni kökə bağlı,oxşar keçmişə malik bu xalqlar bu gün bir-birinə xüsusi səmimiyyəylə yanaşır.Vətən müharibəsində dövlətimizə dəstək durdular,yanında oldular.Azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər.Ölkələrimizi tarixi dostluq əlaqələri ,siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir.
Keçirilən Zirvə görüşündə türk dünyasının qarşılıqlı əməkdaşlığı bütün dünyaya nümayiş etdirilib.Əminliklə demək olar ki,türk dövlətləri gələcəkdə də,daha böyük nailiyyətlərlə imza ataraq qlobal destabilliyin aradan qaldırılmasına önəmli töhfələr verəcəklər.
Mətanət Cəfərova,
YAP-ın fəalı.