Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti işgüzar səfəri münasibətlərin dinamik inkişafı baxımından olduqca önəmlidir
Azərbaycanın uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər son dövrlər ölkə başçılarının siyasi iradəsi ilə daha da genişlənib. Qlobal iqtisadi-siyasi proseslər yaxın tarixi keçmişi olan ölkələrdən daha sıx əməkdaşlıq tələb edir. Azərbaycanın xarici siyasətində bu amil özünü daha qabarıq göstərir. Son 2-3 il ərzində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizin strateji xarakter almasını şərtləndirir. Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələrimiz mühüm əhəmiyyətə malikdir. Təbii ki, əlaqələrimizin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında özünü göstərir. Bu baxımdan qeyd etməliyik ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti işgüzar səfəri münasibətlərin dinamik inkişafı baxımından olduqca önəmlidir.
Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, əsas məsələ münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteridir. Əgər iki ölkənin əlaqələri dostluq, qardaşlıq münasibətlərinə söykənmirsə, sırf iqtisadi maraqlar üzərində qurulubsa onun ömrü o qədər də uzun ola bilməz. Bu mənada Azərbaycan-Tacikistan münasibətləri bir çox ölkələr üçün nümunə olmalıdır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı