Analitika

Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq

Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçirilib. Beynəlxalq Media Forumunda əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsi olmuşdur. Azərbaycan dövlətinin başçısı ilk dəfə deyil ki, yerli və xarici jurnalistlərlə məhz bu cür  görüşlər keçirib. Lakin bu dəfə Qlobal Media Forumunun Ən böyük mesajlarından biri məhz Şuşada keçirilməsidir. Bu cür forumların təşkilində məkan seçimi çox vacibdir.  Forumun məhz Şuşada keçirilməsi ən əsası ona görə mühümdür ki, Şuşanın artıq Azərbaycanın olduğu bir daha dünyaya çatdırıldı. Dövlətimizin başçısı cənab İlham Əliyevin dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda irəli sürdüyü ədalətli və aktual təşəbbüslər qurumu əhəmiyyətli beynəlxalq platformaya çevirməklə yanaşı, ölkəmizin də dünya dövlətləri arasında nüfuzunun artmasına gətirib çıxarıb. Prezident İlham Əliyev ölkəmizdə medianın durumu, inkişaf perspektivləri, demokratik cəmiyyət quruculuğunda bu sahənin əhəmiyyəti, informasiya təhlükəsizliyi və bu kimi digər məsələlər ətrafında geniş məzmunlu çıxış edib. Əlbəttə ki, bu görüş, o cümlədən, dövlətimizin başçısının medianın inkişafına diqqət və qayğısı ölkənin mətbuat ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın müstəqil xətt götürməsi bir qrup xarici dairələrin xoşuna gəlmir və onlar ölkəmizə qarşı fəal kampaniya aparırlar. Prezident ona sual verən jurnalistlərə bu dəfə artıq Müzəffər sərkərdə kimi xatırlatdı ki, erməni işğalının davam etdiyi bütün onilliklər ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, habelə ayrı-ayrı ölkələr Azərbaycana misli görünməmiş dərəcədə təzyiq edirdilər. Prezident haqlı olaraq vurğuladı ki, bu gün Ermənistanda əli Azərbaycan xalqının qanına batmış adamlar, bu ölkənin ictimai-siyasi həyatında gözə dəyirlər. Təəssüflər olsun ki, bu günə qədər Ermənistan tərəfindən real sülhlə bağlı heç bir doğru-düzgün addımlar atılmayıb. Təbii ki, bu addımların atılmamağı da Ermənistanın Azərbaycanla sülhü sabotaj etməsindən əlavə bölgədə daim gərginlik yaratmasına səbəb olub. Məsələ ondadır ki, bu günə qədər Srebrenitsa və başqa qətliamları törədənlər beynəlxalq hüquq, siyasi sistem qarşısında layiq olduqları cəzanı alsalar da, Ermənistana münasibətdə bunlar yoxdur. Prezident Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair sualı da cavablandırıb. “Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur”, – deyə dövlət başçısı bildirib. O əlavə edib ki, indi Ermənistan son bir addım atmalıdır. Dövlətimizin başçısı öz cavablarında bir daha xatırlatdı ki, Azərbaycan Ermənistanın zəbt etdiyi ərazilərini işğaldan könüllü azad etməsini təqribən 30 il gözləyib. Bizim bu məsələni hərbi yolla həll etmək üçün dəfələrlə imkanımız olub, lakin ölkəmiz son məqama qədər gözləyib, qan tökülməsini istəməyib. Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. 

Səba Rzayeva
YAP-ın gənc fəal

Oxşar Xəbərlər

Back to top button