Analitika

Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu baş tutub.

Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

Beynəlxalq tədbirin əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin, yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsi idi.

Forum ərzində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak tendensiyaları”, “Təhlükəsizlik məsələləri” adlı sessiyalar keçirildi, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb.

Həmçinin Qlobal Forum çərçivəsində bəzi “side-event”lər (paralel tədbirlər), sərgi və təlimlər də keçirilib.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Media Forumunun iştirakçılarına müraciəti tədbirin əhəmiyyətinin göstəricisi idi. Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümü münasibətilə jurnalistləri təbrik edən dövlət başçısı qeyd edib ki, “müstəqillik dövründə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaq”.

Formun Şuşada keçirilməsinin böyük mənəvi rəmzi var. Belə ki, Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Bu gün azad olunan torpaqlarimiza rahat şəkildə gedə bilməyimiz , burada beynəlxaq tədbirlərin keçirilməsində ən başlıca rol şücaətli ordumuza məxsusdu. Bizlər igid Azərbaycan ogullarini hər daim yad edirik . Allah şəhidlərimizə rəhmət etsin ,qazilərimizə şəfa versin .

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın bu il şahidlik etdiyi Dünya Azərbaycanlılarının Zəfər Qurultayının sonunda səsləndirdiyi bu fikirləri yada salmaq istərdim: “…Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir. Və həmişə belə olacaq, mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!”

Prezident müraciətində 44 günlük Vətən müharibəsində medianın rolunu da vurğulayıb: “Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən, işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər… Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək”.

Qeyd edək ki, artıq beynəlxalq tədbirlərin məkanına çevrilən Şuşa şəhəri ilk dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, informasiya-kommunikasiyalarə sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirir.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və “feyk nyus”la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

Formda Cənab Prezident İlham Əliyev yerli və xarici media nümayəbdələrinin suallarina cavab verib . Cənab preziden Türkiyə Azərbaycan qardaşlığına nəzər salaraq bildirib ki -“Bizim Prezident Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi.İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.

Rusiyalı jurnəlist Mixail Qusmanin sualına cavab verən Cənab Preziden bildirub ki-“Ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir. Uzun illər Rusiyanın vasitəçi qismində mühüm rol oynadığı, həmçinin hərbi əməliyyatların dayandırılmasında mühüm rol oynadığı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin, məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması bu sahələrdən biri olub”.

Şuşa Beynəlxalq form da beynəlxalq spikerlərin çıxışları əsasında gündəmin əsas məsələləri müzakirə olundu. Media savadlılığı, süni intellektin jurnalistikaya təsiri, feyklər, dezinformasiya, yeni media və klassik media münasibətləri, klassik medianın, ələlxüsus, print medianın gələcəyi, sosial media. Bu cür platformaların təşkili, problemlərlə bağlı fikir mübadiləsinin aparılması müasir dövrün çağırışlarına hazır olmaq baxımından əhəmiyyətlidir. Jurnalistika çox sürətlə inkişaf edir, bu inkişafla ayaqlaşmaq üçün yeni tendensiyalar, dəyişikliklərlə bağlı aydın təsəvvürə malik olmaq lazımdır. Və nəzərə alaq ki, sözü gedən məqamlar yalnız bizi narahat edən problemlər deyil, bütünlükdə beynəlxalq jurnalistika üçün aktualdır və zatən çıxışlarda bu özünü aydın şəkildə göstərdi. Ümumiyyətlə, Şuşa Qlobal Media Forumu müzakirələr üçün yaddaqalan platforma oldu. Prezidentin dediyi kimi, forum davamlı keçiriləcək”.

Səfərova Ülviyyə,
Xəzər rayonu, 256 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button