Şuşa – Azərbaycanın Beynəlxalq Siyasi Mərkəzi

İşğaldan azad olunduqdan sonra Şuşa şəhəri yalnız mədəniyyət deyil, həm də beynəlxalq siyasi tədbirlərin, sammitlərin və dövlət başçılarının görüşlərinin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilmişdir. Qardaş ölkələrin liderlərinin Şuşaya səfərləri və burada imzalanan tarixi sənədlər şəhərin siyasi çəkisini artırmışdır.
Şuşada keçirilən beynəlxalq konfranslar və forumlar qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu nüfuzlu platformalardır. Xarici qonaqlar burada Azərbaycanın apardığı sülh və quruculuq siyasətinin yaxından şahidi olurlar.
Bu siyasi tədbirlər Azərbaycanın beynəlxalq miqyasda artan rolunu və regionda söz sahibi olduğunu bütün dünyaya nümayiş etdirir. Şuşa artıq qlobal siyasətin mühüm ünvanlarından biridir.
Azad Şuşa dövlətimizin gücünün, suverenliyinin və diplomatik uğurlarının siyasi mərkəzi kimi əzəmətlə ucalmaqdadır.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



