
Yaxşı xəbər: İnternetdə hər şey var. Pis xəbər: İnternetdə hər şey var.”-R.Xoçbrayt. Bu sitat əbəs yerə deyilmiyib. İnternet istifadəçiyə böyük imkanlar yaratmaqla yanaşı, onu yanlış yönləndirmə riskləri ilə də üz-üzə qoyur. Məhz bu səbəbdən informasiya bolluğu şəraitində tənqidi düşüncə, etik yanaşma və media savadlılığı xüsusi əhəmiyyət daşıyır.
Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyalar cəmiyyətin bütün sahələrinə dərin təsir göstərir. İnternetin sürətli inkişafı informasiya əldə etməyi asanlaşdırmış, ünsiyyəti sürətləndirmiş və bilik paylaşımını qlobal miqyasda mümkün etmişdir. Bununla yanaşı, internetin fəsadları da az deyil: dezinformasiya, kiberdələduzluq, şəxsi məlumatların yayılması, kiberzorakılıq, manipulyasiya və asılılıq kimi problemlər rəqəmsal mühitin mənfi tərəflərini təşkil edir. Bu cür ziddiyyətli mühit süni intellektin meydana gəlməsinə zəmin yaratmışdır.
Bəs Süni intellekt (Sİ) nədir?
Sİ insanın düşünmə, öyrənmə və qərarvermə qabiliyyətlərini təqlid edən kompüter sistemləridir. Süni intellektin yaranmasına əsas səbəblər böyük həcmdə məlumatın yəni, big datanın emalına ehtiyac, insan əməyinin optimallaşdırılması və qərarvermə proseslərinin daha sürətli aparılması olmuşdur. Süni intellektin yaranmasına texnologiyanın inkişafı, məlumat bolluğu və insan əməyini asanlaşdırmaq ehtiyacı səbəb olmuşdur. Məsən, tibbdə xəstəliklərin erkən diaqnozu, kosmos araşdırmalarında mürəkkəb hesablamalar, pilotsuz avtomobillər kimi yeniliklər Süni intellektin böyük nailiyyətlərindəndir. Sİ əsaslı sistemlər saniyələr içində milyonlarla məlumatı emal edərək insanın bacarmayacağı sürət və dəqiqlik nümayiş etdirir. Ağıllı köməkçilər, robotlar, üz tanıma texnologiyaları və tərcümə proqramları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu ixtiralar yalnız texnoloji inkişaf sayılmır, eyni zamanda insan imkanlarının genişlənməsi deməkdir. Həmçinin deyə bilərik ki, süni intellekt bizi öyrənir, maqarlarımızı, düşüncələrimizi, axtarışlarımızı və.s “Sizə maraqlıdırmı? Diqqətinizi çəkirmi?” kimi suallar hər birimizin qarşısına çıxıb. Bu isə, istəklərimizə uyğun alqoritim sistemi yaradır.
Lakin süni intellektin cəmiyyətin müxtəlif sahələrində geniş şəkildə tətbiq olunması etik problemlərin və sualların ortaya çıxmasına səbəb olur. Süni intellektdə etika dedikdə nə nəzərdə tutulur? Süni intellektdə etika dedikdə, alqoritmlərin ədalətli və şəffaf olması, məsuliyyət daşıması və insan hüquqlarını, xüsusilə şəxsi həyatın toxunulmazlığını qoruması əsas götürülür. Bəs etika niyə lazımdır? Ona görə lazımdır ki, qərəzli alqoritmlər diskriminasiyaya, nəzarətsiz avtomatlaşdırma isə şəxsi azadlıqların məhdudlaşmasına səbəb ola bilər. Bu sahədə əsas məqsəd texnologiyanın insanlara zərər verməməsi, əksinə onların rifahına xidmət etməsidir. Süni intellekt etikası insan hüquqlarının qorunmasını, ədalətin təmin olunmasını və cəmiyyətə mənfi təsirlərin qarşısının alınmasını əsas götürür. Etik çərçivə olmadan Sİ cəmiyyət üçün risk mənbəyinə çevrilə bilər.
Təhlükəsiz istifadə üçün əsas prinsiplər dedikdə nəzərdə tutulur: məlumatların məxfiliyinin qorunması, alqoritmik şəffaflıq, insan nəzarətinin saxlanılması, hüquqi və etik standartlara uyğunluq və.s Bundan əlavə, məlumat təhlükəsizliyi süni intellekt sistemlərinin etik istifadəsində əsas şərtlərdən biridir. Toplanan məlumatların kiberhücumlara qarşı qorunması və məlumatların üçüncü tərəflərlə icazəsiz paylaşılmaması təhlükəsiz rəqəmsal mühitin formalaşması üçün vacibdir. Bu baxımdan güclü müdafiə mexanizmləri və mütəmadi təhlükəsizlik yoxlamaları zəruridir. Bu prinsiplərin tətbiqi süni intellektin cəmiyyət üçün təhlükə deyil, etibarlı və faydalı bir alətə çevrilməsini təmin edir və rəqəmsal mühitdə etimadı gücləndirir. Bu nöqtədə media savadlılığı xüsusi əhəmiyyət kəsb edir. Media savadlılığı fərdlərə informasiyanı düzgün qiymətləndirməyi, saxta xəbərləri ayırd etməyi, rəqəmsal məzmunu etik və məsuliyyətli şəkildə istehlak etməyi, düzgün analiz bacarığını öyrədir. Təhlükəsiz rəqəmsal cəmiyyət üçün süni intellektin etik idarə olunması ilə yanaşı, media savadlılığının artırılması əsas şərtdir. Bu iki amilin vəhdəti cəmiyyətin texnoloji inkişafdan fayda götürməsini və risklərin minimuma endirilməsini təmin edir.
Beləliklə, süni intellektin düzgün ifadəsi onun insan mərkəzli, etik və məsuliyyətli şəkildə istifadə edilməsidir. Başqa sözlə, texnologiya insan üçün işləməlidir, insan texnologiyaya tabe olmamalıdır. Bu yanaşma həm texnologiyanın faydasını maksimuma çatdırır, həm də sosial və hüquqi riskləri minimuma endirir.
Nigar Vüqar qızı Şirinova,
Bakı Slavyan Universitetinin tələbəsi



