AnalitikaGündəmSiyasət

Süni intellekt və data mərkəzlərinin ölkələrin inkişafında rolu

Süni intellektin günümüzə inteqrasiya etməsi bir çox sahələrə,habelə jurnalistikaya öz təsirini göstərmişdir.Artıq süni intellekt sayəsində istədiyimiz foto-şəkilləri,videoları yarada və paylaşa bilirik.Bəs süni intellekt nədir? Bu anlayış,insanların öyrənmə və düşünmə bacarıqlarını təqlid edən bir sistemdir.Süni intellekt sadəcə jurnalistikaya deyil,həmçinin bir çox sahələrdə, psixologiya, linqvistika, fəlsəfə, nevrologiya və digər sahələrdə də özünü göstərir. Süni intellektin inteqrasiyası nəticəsində hər bir sahədə çalışan işçi qrupunun işinin asanlaşmasına gətirib çıxarıb.
Bu sahə üzrə inkişafın təmin olunmasında məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu əvəzsizdir.Azərbaycan Respublikası,bu sahədə region üzrə liderdir.Və bu sahənin ölkəmizdə inkişafının təmin olunması üzrə bir sıra islahatlar aparılır,görüşlər keçirilir və bir sıra fərmanlar,müqavilələr bağlanılır.
21-ci əsr “İntellekt əsri”hesab etmək olar.Süni intellekt hazırda dövrümüzün ayrılmaz hissəsinə çevrilib.Lakin,günümüzün,dövrümüzün ayrılmaz hissəsinə çevrilən bu sahənin müsbət cəhətləri ilə yanaşı,mənfi cəhətləri də var.Məsələn:
-İnsanın müstəqil düşünməsinin qarşısını alır;
-Asılılıq yaradır;
-Sİ sistemləri böyük həcmdə məlumat topladığı üçün şəxsi məlumatların sızması və ya yanlış istifadəsi riski yaradır;
-Alqoritmada olan hər hansısa bir səhv, yanlış nəticələrə səbəb ola bilir.
-İnsan münasibətlərinin zəifləməsinə gətirib çıxarır və s.
Süni intellektin günümüzə inteqrasiyası nəticəsində bir sıra terminlər yaranmışdır.Buna “Data Center” -informasiyaların toplandığı bir məkanı nümunə kimi göstərmək olar.
“Data Mərkəz”lərdən istifadə məqsədyönlü şəkildə həyata keçirilir.Bütün rəqəmsal məlumatlarımızın saxlandığı böyük “kompüter anbarı”adlandırdığımız bu sahədə işlətdiyimiz proqramlar, baxdığımız filmlər, dinlədiyimiz musiqilər, şirkətlərin sənədləri və ehtiyat üçün saxlanan fayllar hamısı məhz bu data mərkəzlərdə olur.
Data Mərkəzlər əvvəllər əsasən məlumat saxlamaq üçün istifadə olunurdu amma indi bu mərkəzlər həm də ağıllı sistemlərin işləməsi üçün vacib rol oynayır və bu təbii ki, süni intellekt inkişaf etdikcə yaranmış bir situasiyadır.
Azərbaycanda böyük data mərkəzləri quran əsas şirkətlərdən biri AzInTelecom-dur və bu haqda “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “Baku Fintech Forum-2025″də çıxışı zamanı bildirib. Onun sitatına əsasən,2027-ci ilə kimi tikinti prosesləri yekunlaşacaq və bu sadəcə Azərbaycanda deyil,həmçinin bu regiondakı ən böyük Data Mərkəzlərindən birinə çevriləcək.Hazırda ölkədə tikilən iki böyük data mərkəzi də məhz bu şirkət tərəfindən inşa olunur və bu mərkəzlər ətraf mühitə zərər verməyən, yəni karbon qazı buraxmayan formada qurulur.
Data Mərkəzlər,müasir təhlükəsizlik şəraitinə,standartlarına uyğun şəkildə qurulur və həmçinin məlumatların qorunmasına da təmin edir.Data Mərkəzlərin yaradılması,ölkəmizin inkişafı yönündə mühim addımların atılmağına, Azərbaycanın bu sahə üzrə konfranslarda,təlimlərdə iştirak hüququnun təmin olunmasına gətirib çıxarır.

Atabəy Zöhrab oğlu Abbaszadə,
Bakı Slavyan Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button