Sözü və əməli bir olan Prezident İlham Əliyev

Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Bu 30 illik həsrətə son qoydu. Üçlü bəyannamə imzalandı, ancaq buna baxmayaraq bir müddət erməni tərəfi bu qaydalara əməl etmədi. Azərbaycan Respublikası hər zaman olduğu kimi 3 il bundan əvvəl də demokratik dəyərlərə söykənərək Azərbaycanda yaşayacaq ermənilərə güzəştlər vəd etdi. Ancaq bu bir tarixi həqiqətdir ki, Azərbaycan Respublikası tarixi qələbəni əldə etməklə coğrafi ərazidə mütləq güc və qüdrət sahibi olduğunu sübut etmiş oldu.
Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Xüsusi ilə vurğulamaq lazımdır ki, tarixə nəzər saldıqda müharibə olan dövlətlərdə xalqla ordu arasında əlaqə heçdə vəhdət təşkil etməmişdir. Amma 44 günlük zəfər savaşında xalq istər orduya, istərsədə milli hökümətə olan inamı və sevgisi çox güclü idi. Bu da xalqı milli mübarizədə bir olduğunu sübut etmiş oldu. Həmçinin 44 gün ərzində vətən uğrunda canlarını fəda edən şəhidlər ehtiram və sevgi ilə qarşılandı onlara layiq tədbirlər təşkil olundu. Sevgi, hörmət hər gün müşahidə edilirdi.
Bu haqq savaşında rəhbərlik edən sözü və əməli bir olan cənab prezident İlham Əliyevin qətiyyətli mövqeyi orduda və xalqda bir inam formalaşdırdı. İllərdir cənab prezident İlham Əliyevin aparmış olduğu xarici siyasət və iş prinsipi onun qətiyyətini və mübarizəsini əks etdirirdi. Xalq müraciətdə cənab prezident İlham Əliyev qeyd edirdi ki, “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” bəli, bu tarixi həqiqətdir ki, dahi sərkərdənin dedikləri onun siyasi iradəsi və qətiyyəti ilə mümkün oldu.
Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Bu gün də “N” hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsində vətənpərvər əsgərləri tanımağın sevincini yaşayıram. Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Düşmən hər an nəzarətdə saxlanılır. Bu igidlərin baxışlarında Böyük Qələbənin işartısı görünür. Onların hər kəlməsində Vətən var, Qələbə var.
Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Hərb dərsliklərinə salınacaq bir qəhrəmanlıq nümunəsidir, Azərbaycan ordusu. Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki Azərbaycan ordusu erməniləri 44 gün ərzində elə bir ağır məğlubiyyətə düçar elədi, onları diz çökdürdü.
Maraqlı məsələ budur ki, erməni tərəfi elə zənn edirdilər ki, işğal etdikləri torpaqlar əbədi olaraq onların olacaqdır, hələ üstəlik bu torpaqlarda heç bir inkişafı olmayan bir dövlət əzəli torpaqlarımızda quruculuq və abadlıq işləri həyata keçirəcəkdir. Necə deyərlər, Xankəndiyə yol çəkirdi bəs, nə oldu Paşinyan. Bəli, cəhənnəmə getdi. İşağldan azad edilmiş bütün torpaqlarımızda şərəfli üçrəngli bayrağımız dalğalanır, quruculuq, abadlıq işləri həyata keçirilir. Ailələr öz dədə-baba yurduna köçürülür. Yaşasın müzəffər ali baş komandan İlham Əliyev!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu. 23 saat içərisində separatçı qüvvələr məğlub olmağa məcbur oldu. Bu tədbirlər nəticəsində 192 hərbçimiz şəhid oldu, ancaq bu şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan bütün əraziyə mütləq şəkildə hakimdir və nəzarəti tam şəkildə həyata keçirir. Bu Azərbaycan ordusun qüdrəti, xalqın birliyi və ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdir.
Artıq biz daha qüdrətli və söz sahibiyik, biz coğrafi ərazidə mütləq hakimik və gücümüz coğrafi ərazidə hər kəsə bəllidir. Hər bir azərbaycanlı bunu bilir ki, Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik. Xalqımızın lideri Cənab İlham Əliyevin uğurlu siyasəti Azərbaycan Respublikasını daha da güclü edəcək və onun qüdrəti dünyaya bir işıq kimi səpələnəckdir.
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru