Analitika

Son illər ərzində ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bir sıra vacib məqamlara toxunmuşdur. Ölkə başçısı müsahibədə qarşıda bizi gözləyən COP29 barədə suallara aydınlıq gətirib.

COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağı qeyd olunub. Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb, iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaq. Prezident İlham Əliyev bildirib ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq.

Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq: “Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirdiyi kimi qlobal Cənub və Qərb, iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak edilməli, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməli və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalı kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaq”.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button