Son illər Azərbaycanın ixrac potensialı bir neçə dəfə artıb
Avropada Xəzər regionundan Azərbaycan neftinin tədarükünə maraq mövcuddur. Beynəlxalq bazarlarda Azərbaycan neftinə hər zaman tələbat yüksək olub. Dünya neft-qaz bazarı istehlakçıları ilə müqayisədə hal hazırda olkəmiz ilk sıraları bölüşməkdədir. Bundan əlavə istehsal olunan xam malın keyfiyyətinin yüksək olması xarici bazarda böyük maraq doğurmaqdadır. Bu bir həqiqətdir ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Hələ 1846-cı ildə, yəni Pensilvaniyada neft yataqlarının aşkar olunmasından (1859-cu il) 10 ildən də artıq bir müddətdə Azərbaycanda, Bibiheybət ərazisində ilk neft quyusu fontan vurmuşdur. Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə neft hasilatı ilk dəfə XİX əsrdə məhz Azərbaycanda həyata keçirilmişdir. Dünyada dəniz yataqlarından da ilk dəfə neft 1949-cu ildə Azərbaycanda çıxarılmışdır.
Əsrin müqaviləsinin imzalanması mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev təbrik nitqində demişdır: “Biz ötən dövrlərdə nə qədər neft çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çatdırmalıyıq ki, son vaxtlaradək, yəni Azərbaycanın müstəqilliyi əldə olunan dövrlərədək xalqımız heç vaxt öz təbii sərvətinin sahibi olmamışdır. İndi isə biz yeni bir mərhələdə yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir”. Bu danılmaz bir faktdır ki regionda qısa bir müddətdə qlobal enerji və nəqliyyat dəhlizləri yaradıldı. 1999-cu ildə istismara verilmiş Qərb (Bakı-Supsa) ixrac boru kəməri Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk xətt oldu. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Hazır ki vəziyyətdə ölkələrin enerji təhlükəsizliyi məsələsinin aktuallığı daha da artıb. Azərbaycanın ixrac potensialı bu sahədə daha böyükdür. Xüsusilə qeyd etmək lazımdır ki Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edərək bu fikirləri bildirmişdir. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı