Şəhidlərin Qanı ilə Yazılan Tarix: Unudulmaz Qəhrəmanlıq

Tarixi Zəfərimiz heç də asanlıqla əldə olunmadı; bu qələbə minlərlə igid oğulun qanı və canı bahasına qazanıldı. Vətən müharibəsi şəhidləri öz həyatlarını fəda edərək gələcək nəsillərə azad və suveren bir ölkə bəxş etdilər. Onların hər biri qəhrəmanlıq nümunəsi göstərərək adlarını əbədi olaraq tarixə yazdılar.
Gənc nəslin nümayəndələri – Vətənə olan sevgisini canından üstün tutan oğullarımız ölümün gözünə dik baxaraq irəlilədilər. Onların şücaəti nəticəsində illərdir susan torpaqlarımız yenidən azad nəfəs aldı. Şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.
Qazilərimiz isə bu mübarizənin canlı qəhrəmanlarıdır və onların hər biri cəmiyyətimizdə xüsusi ehtiramla qarşılanır. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bu müqəddəs missiyaya verilən ən yüksək qiymətdir. Onların rifahının təmin olunması hər zaman diqqət mərkəzindədir.
Zəfər Günü qeyd olunarkən ilk növbədə şəhidlərimizi minnətdarlıq və ehtiramla yad edirik. Məhz onların fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız doğma torpaqlarımızda qürurla dalğalanır. Qəhrəmanlarımızı unutmamaq və xatirələrini uca tutmaq bizim müqəddəs borcumuzdur.
Həqiqət Gülalıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 73b” ərazi partiya təşkilatının sədri



