Siyasət
“Sankt-Peterburqda üçtərəfli görüş olmayacaq”
“Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmır”.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Xeyr, üçtərəfli görüş olmayacaq, lakin sammit çərçivəsində ikitərəfli təmaslar baş tutacaq”, – deyə Peskov əlavə edib.
Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi sammiti dekabrın 26-27-si keçiriləcək.