AnalitikaGündəmİdman

Sağlam cəmiyyət naminə: Azərbaycanda idmanın inkişaf strategiyası

Azərbaycanda idmanın inkişafı müstəqillik dövründən etibarəndövlət siyasətinin əsas istiqamətlərindən biri kimimüəyyənləşdirilmişdir. İdmanın kütləviləşdirilməsi, sağlamhəyat tərzinin təşviqi və gənclərin fiziki-mənəvi inkişafıdövlətin sosial siyasətində mühüm yer tutur. Bu məqsədlə ölkərəhbərliyi tərəfindən ardıcıl qərarlar qəbul edilmiş, normativ-hüquqi baza formalaşdırılmış və uzunmüddətli strategiyalarhazırlanmışdır. Dövlət idmana təkcə yarış və nəticəprizmasından deyil, həm də cəmiyyətin sağlam gələcəyinintəmin olunması baxımından yanaşır.
Son illər ərzində dövlət xətti ilə bir çox proqramlar və layihələricra edilmişdir. Regionlarda Olimpiya İdman Komplekslərinininşası, idman məktəblərinin maddi-texniki bazasınıngücləndirilməsi, məşqçilər və idmançıların sosial müdafiəsininyaxşılaşdırılması bu siyasətin real nəticələridir. Eyni zamanda, uşaq və yeniyetmələrin idmana cəlb olunması üçün xüsusiproqramlar həyata keçirilmiş, məktəblərdə və icmalarda idmaninfrastrukturunun inkişafına diqqət artırılmışdır. Bu addımlaridmanın yalnız paytaxtda deyil, ölkənin bütün bölgələrindəəlçatan olmasına şərait yaratmışdır.
Dövlət dəstəyi nəticəsində Azərbaycan idmançıları beynəlxalqarenada mühüm uğurlar qazanmış, ölkənin idman nüfuzuəhəmiyyətli dərəcədə yüksəlmişdir. Olimpiya Oyunları, dünyavə Avropa çempionatlarında əldə olunan nailiyyətlər aparılansiyasətin düzgünlüyünü təsdiqləyir. Bununla yanaşı, idmanıninkişafı gənclərdə vətənpərvərlik, intizam və sağlam rəqabətruhunun formalaşmasına da müsbət təsir göstərir. Beləliklə, Azərbaycanda idmanın inkişafı sistemli və məqsədyönlü dövlətsiyasəti kimi bu gün də ardıcıl şəkildə davam etdirilir.

Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button