
Dövlətin möhkəm təməllər üzərində qurulması üçün siyasi iradə, xalqın etimadı vəmilli maraqlara söykənən ideologiya vacib şərtlərdəndir. Azərbaycanmüstəqilliyinin ilk illərində bu amillərə böyük ehtiyac duyurdu. 1992-ci il noyabrın21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkəmizin siyasitarixində məhz belə bir mərhələnin başlanğıcını qoydu.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddətdəcəmiyyətin geniş təbəqələrinin dəstəyini qazandı. Onun ətrafında birləşən insanlarAzərbaycanın müstəqilliyinin qorunmasını, siyasi sabitliyin təmin edilməsini vədövlət idarəçiliyinin gücləndirilməsini qarşılarına əsas məqsəd qoymuşdular. Təsiskonfransı bu məqsədlərin siyasi təşkilat çərçivəsində reallaşdırılması istiqamətindəmühüm addım idi.
Yeni Azərbaycan Partiyasının sonrakı fəaliyyəti ölkənin ictimai-siyasi həyatındamühüm dəyişikliklərlə müşayiət olundu. Heydər Əliyevin rəhbərliyi iləAzərbaycanda dövlətçilik institutları möhkəmləndirildi, siyasi sabitliyin təminolunması və iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində mühüm tədbirlərhəyata keçirildi. Bu siyasi kursun davam etdirilməsi ölkənin yeni nailiyyətlərqazanmasına imkan yaratdı.
Bu gün Azərbaycanın əldə etdiyi uğurların fonunda Yeni Azərbaycan Partiyasınıntarixi missiyasını və yaranma şəraitini xatırlamaq xüsusi əhəmiyyət daşıyır. 21 noyabr tarixi dövlətçilik irsinə hörmətin, siyasi məsuliyyətin və milli həmrəyliyinrəmzidir. Bu günün yaddaşlarda yaşadılması gələcək nəsillərin tariximizəbağlılığının möhkəmlənməsinə xidmət edir.
Lalə Əsədova,
YAP Xəzər rayon təşkilatının fəalı


