Siyasət

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasına hər vasitə ilə kömək edir

Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasına hər vasitə ilə kömək edir.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, RF xarici işlər naziri Sergey Lavrov bu sözləri “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində söyləyib.

Nazir qeyd edib ki, bu sualı Bakıya və İrəvana ünvanlamaq daha məntiqli olardı. O deyib: “Əlaqələrin dinamikasını məhz onlar təyin edir, gələcək sülh müqaviləsinin məzmununu onlar müəyyən edir. Həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hərtərəfli kömək edir. Köməyin forması və həcmi bizim azərbaycanlı və erməni dostlarımızın maraqlarına uyğundur”.

Oxşar Xəbərlər

Back to top button