
ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib.
Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, bu gün AEBA-nın və baş direktor Rafael Qrossinin məsuliyyəti hər zamankından daha aydındır. “Biz AEBA-nın Rəhbərlər Şurasını fövqəladə iclas keçirməyə, Agentliyin ciddi nəzarəti altında olan və Təhlükəsizlik Müqaviləsi çərçivəsində fəaliyyət göstərən İranın dinc nüvə obyektlərinə ABŞ-ın təhlükəli hücumu ilə əlaqədar hüquqi öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – deyə açıqlamada vurğulanır.