Analitika

Regionda sabit iqtisadi inkişafın təmin edilməsində Azərbaycan Avrasiya İqtisadi Birliyinin uğurlu tərəfdaşıdır

Reigonda sabit əməkdaşlıq əlaqələrinin təmin edilməsində Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə ilə iqtisadi münasibətlər mühüm rol oynayır.Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf etməkdədir. Dövlət başçısının 25 may Moskvada Ali Avrasiya İqtisadi Şurasının inclasında qonaq qismində iştirak etməsi də bu məsələdəki mövqeyimizi açıq şəkildə ifadə edir. Keçirilən iclasda bir çox vacib məsələlərə toxunulub. Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlər ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Buna nəzərən deyə bilərik ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Bu qarşılıqlı əlaqələrdə Azərbaycanın strateji-coğrafi imkanları öz sözünü deməkdədir.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükdaşımaların həcmi 25 milyon tona çatacaq. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.Strateji əhəmiyyət daşıyan logistik layihələrin tərəfdarıyıq və belə layihələri dəstəkləyirik. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizinin yaradılması əsas hədəflərdən biridir.Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir. Sülh və əməkdaşlığın region dövlətlərinə böyük nailiyyətlər qazandıracağına əminik.

Regionun inkişafını təmin edəcək ümumi qərarlarda Azərbaycanın payının əhəmiyyətinə diqqət çəkilib. Dövlət başçısı bu istiqamətdə çıxışında bir çox məsələlərə toxunmuşdu. “Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir. 2025-ci ildə istismara verilməsi nəzərdə tutulub. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir.Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır.Demoqrafik artımson 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb.

Dövlət başçısı Azərbaycan-Ermənistan əlaqələri ilə də bağlı fikirlərini səsləndirib. Ermənistanın əsassız iddihamlarının əsasının olmadığını bildirib. Sülh gündəliyi öz aktuallığını qoruyur. Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Ermənistanın önəmli etirafını müsbət qiymətləndiririk.Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var. Bir daha bildirməliyik ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluaçıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.

Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı iki dövlət arasındakı əməkdaşlığın uğurlu fəaliyyətində söz açılıb. Beynəlxalq əməkdaşlığın ikitərəfli formatı uğurla inkişaf edir. Həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir.Rusiya Federasiyasında Azərbaycan xalqının dəyərlərinəehtiram və yüksək hörmət əlamətini görürük. Ulu Öndər Heydər Əliyevin yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirilib. Qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün artıq bu münasibətlər müttəfiqlik səviyyədədir.Geosiyasi vəziyyətin tənzimlənməsində Rusiyanın fəaliyyəti xüsusi önəm daşıyır. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır.

Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button