Analitika

Regiona sülhü Azərbaycanın qətiyyəti gətirəcək

Prezident İlham Əliyev iyulun 22-də “ Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsi zamanı ölkənin siyasi mövqeyindən, burada ədalətli mövqe yanaşılması baxımından sitatlar gətirdi. Həmçinin Ermənistan ərazi iddialarını əgər  kənara qoyarsa sülhə rahat addımlamağın mümkün olduğunu bildirdi. Prezident İlham Əliyev sərhədlərin gələcək parametrlərindən söhbət açdı və Ermənistanla Azərbaycan arasında sərhəddin müəyyən olunmamasından öz müsahibəsində qeyd etdi. Sonra isə 1992-ci ildən etibarən, hələ işğal dövründə danışıqlar apardığımız zaman Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmadığını qeyd etdi. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olduğunu qeyd etdi. Avropa İttifaqının ümumiyyətlə fəal olması təbii bir hal kimi qiymətləndirilir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Avropa İttifaqı da bu yolda ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Sonra ölkə başçısı Beynəlxalq Qırmızı Xaç komitəsinin etdiyi qanunsuz əməllərinin aşkar olunduğunu da qeyd etdi. Onların yük avtomobillərinin yoxlanılmasında bəzi məhsulların qaçaqmalçılıq yolu ilə keçirilməsi faktları aşkarlanmışdır. Lakin sonra onlar bunu özləri etiraf etdi.  Daha sonra Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərə seçim hüququ məsələlərinə də toxundu. Dövlət başçısı çıxışı zamnı qeyd etdi ki, “Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk.”  

Belə hesab edirəm ki,onlar nə qədər bizim vəd etdiyimiz sülhlə razılaşsalar bir o qədər də onlar üçün  yeni təhlükə riski azalmış olar. Biz hər zaman sülhün təminatçısı rolunda çıxış edirik və digər ölkələrə də öz nümunəvi davranışımızı göstəririk. Yəni biz bir sülhyönümlü ölkə olaraq qarşı tərəfə sülh təklifimizi edirik. Onlar da öz növbəsində Azərbaycan hüquqları çərçivəsində normal yaşamağı artıq qəbullanmalıdırlar.

Bir sözlə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button